Əfqanıstanda partlayış oldu – 3 ölü, 10 yaralı var
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Qabil şəhərində növbəti terror aktı baş verib. İnterfax-ın ölkənin DİN-ə istinadən yaydığı məlumata görə, kamikadze özünü parlatmaqla daha 3 nəfərin ölümünə və 10 nəfərin yaralanmasına səbəb olub. Bu dəfə də hədəf yerli hərbçiləri daşıyan avtobus olub.
Xatırladaq ki, dünən analoji terror aktı nəticəsində 7 hərbçi ölüb. Bu hadisəyə görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
Analitiklərin fikrincə, "Taliban" hərəkatını narazı salan səbəb çərşənbə axşamı ABŞ-la Əfqanıstan arasında imzalanmış təhlükəsizlik haqqında sazişdir. Sazişə görə, NATO qüvvələri ölkədən çıxarıldıqdan sonra ABŞ-ın 10 minədək hərbçisi Əfqanıstandakı fəaliyyətlərini davam etdirəcək. Onlar yerli hərbi qüvvələrin və polisin təlimlərini təşkil edəcək və təhlükəsizlik tədbirlərində birbaşa iştirak edəcəklər.
Mediainfo.az