Türkiyə sərhədlərinə yaxınlaşan İŞİD-in 8 yaraqlısı və 1 tankı məhv edildi

Türkiyə sərhədlərinə yaxınlaşan İŞİD-in 8 yaraqlısı və 1 tankı məhv edildi

2 Oktyabr 2014 08:53
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və müttəfiqləri dünən axşam saatlarında İŞİD mövqelərini beş dəfə havadan bombardman ediblər. İnterfax-ın Suriya insan haqları üzrə müşahidə şurasına istinadən yaydığı məlumata görə, yaraqlılar Suriyanın Ayn əl Ərəb şəhərinin yaxınlığında atəşə tutulublar. Nəticədə səkkiz terrorçu, bir tank məhv edilib.

Qeyd edək ki, İŞİD iki həftədir Türkiyə ilə sərhəddə yerləşən və kürdlərin kompakt yaşadığı bu şəhəri işğal etməyə çalışır. Məlumatda bu şəhərin kürd peşmərgələri üçün son dərəcə önəmli olduğu bildirilir. Məhz bu səbəbdən onlar ciddi təzyiqlərə məruz qaldıqları halda, Ayn əl Ərəb şəhərini tərk etməyə tələsmirlər.

Koalisiya qüvvələri öz növbəsində yaraqlıların texnika və canlı qüvvə cəhətdən kürd döyüşçülərindən üstün olduqlarını nəzərə alaraq adıçəkilən şəhərdə hava əməliyyatı həyata keçirməli olublar.

Xatırladaq ki, cari ilin 23 sentyabr tarixindən ABŞ İŞİD-ə havadan zərbələr endirəcəyini elan edib. İndiyədək həyata keçirilən hərbi əməliyyatlarda ABŞ və müttəfiqləri ilə bərabər İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qatar və Birləşmiş Ərəb Əmirlikləri iştirak edir.

Mediainfo.az