Baş Prokuror Goranboyda baş verən hadisə ilə bağlı açıqlama verdi

Baş Prokuror Goranboyda baş verən hadisə ilə bağlı açıqlama verdi

1 Oktyabr 2014 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror Zakir Qaralov Goranboyda baş verən dəhşətli qətl hadisəsinə münasibət bildirib.

Zakir Qaralov jurnalistlərə açıqlamasında hadisəni törədən şəxsin tutulduğunu deyib: "Ötən gün Goranboy rayonunda belə faciəvi hadisə baş verib. Bu barədə müavinim mənə gecə məlumat verdi. Baş Prokurorluğun məsul əməkdaşları hadisə yerinə ezam olunub. Cinayət hadisəsi ailə zəminində törədilib. Hadisəni törədən şəxs tutulub və istintaq operativ şəkildə həyata keçirilir".

Mediainfo.az