Piyadanı öldürüb qaçan sürücünün şəxsiyyəti müəyyən edilib

Piyadanı öldürüb qaçan sürücünün şəxsiyyəti müəyyən edilib

30 Sentyabr 2014 17:04
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücünün şəxsiyyəti aydınlaşdırılıb.

Mediainfo.az xəbər verir ki, sentyabrın 15-də gecə saat 2 radələrində F.Xan Xoyski küçəsində "Jeep Grand Cheroke" markalı avtomaşın 40-45 yaşlı kişini vurub, nəticədə sonuncu hadisə yerində keçinib. Faktla əlaqədar RPİ İstintaq şöbəsində cinayət işi başlanıb, istintaq-əməliyyat yolu ilə ayın 20-də mərhumun Siyəzən rayon sakini Ravil Novruzov olması müəyyən edilib.

Dünən isə, aparılan araşdırma nəticəsində məlum olub ki, hadisəni Bakı ş. sakini Sərvər Hüseynov törədib. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış işi aparılır.