Teleaparıcının məhkəməsində zərərçəkənlər ifadə verib
Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər – Rəşad Daşdəmirov və Zülfiyyə Əhmədova ifadə verərək heç bir şikayətlərinin olmadıqlarını deyiblər.
Proses sabah davam etdiriləcək.
Xatırladaq ki, İ. Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
Mediainfo.az
Digər xəbərlər

























































































