Eks-dekan Ali Məhkəməyə şikayət edib
Bakı Apelyasiya Məhkəməsində fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsinin dekanı vəzifəsində işləmiş Rabil Amanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Apa-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək məhkəmənin ilkin baxış iclasından kasassiya şikayəti verdiyi bildirib. Bunun üçün proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, ilkin baxış iclasında təqsirləndirilən şəxsin müdafiəçisi prosesin istintaqla aparılması barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə kassasiya şikayəti verilib.
Rabil Aamanov TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən şəxslərdən rüşvət almaqda təqsirləndirilir. R.Amanov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311.3.1, 311.3.2, və 311.3.3 (rüşvət alma ) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rabil Amanov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Mediainfo.az













.jpg)

.jpg)


.jpg)












































































