Rusiyada rüşvətxor erməni nazir müavini həbs edildi
Rusiyada erməni əsilli məmur həbs edilib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Kareliya Respublikası əmək nazirinin birinci müavini, erməni əsilli Givi Karapetov türkiyəli işçilərin yataqxanalarda qalması üçün 50 min rubl (təxminən 1200 dollar) rüşvət alarkən cinayət başında tutulub.
Əməliyyatı Rusiya xüsusi xidmət orqanları həyata keçirib. Verilən məlumatda qeyd olunur ki, Karapetov əvvəllər də rüşvət alıb.
Hadisə ilə bağlı istintaq aparılır.
Mediainfo.az
Digər xəbərlər





























































































