
Rusiyada mədəndə uçqun baş verib
16 iyun 2011-ci il tarixində Bakı vaxtı ilə saat 13:05-də Rusiyanın Kemerovo vilayətində (Kuzbass) fəaliyyət göstərən mədəndə qəza baş verib. Bildirilir ki, Kiselevskaya adlı mədəndə qeydə alınmış uçqun zamanı 13 şaxtaçı olub. Onlardan 9-u xilas edilib. Digər 4 nəfər isə ətraf mühitdən təcrid olunmuş vəziyyətə düşüb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.
Mədənin mədəsi neçə-neçə qurbanları həzm edib...
Günel Həbib
O.M.
Digər xəbərlər