
Bu günə olan hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.
Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi
norma daxilində 760 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə
gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu
24-25° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən
yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 15-20° isti, gündüz
30-35° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu
düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25°
isti təşkil edəcək.
Qazax-Gəncə, Goranboy,
Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz
keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 16-20°
isti, gündüz 26-31° isti təşkil edəcək.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı,
Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi
ehtimalı var. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti
təşkil edəcək, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın
temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı
rayonlarında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz
29-34° isti təşkil edəcək, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.
Tibbi-meteoroloji proqnoz: yaxın 2 gündə
Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü və iqlim normasına yaxın
temperatur şəraiti əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Gününüz aydın olsun...
Günel Həbib
O.M.