Düşmən 3 istiqamətdə atəşkəs rejimini pozdu

Düşmən 3 istiqamətdə atəşkəs rejimini pozdu

29 Sentyabr 2014 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhə xəttində silah səsləri susmaq bilmir. Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Mediainfo.az