FHN əməkdaşları Kəpəz rayonunda xilasetmə əməliyyatı həyata keçiriblər
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə binanın damından enərək pəncərədən içəri daxil olublar. Mənzildə köməksiz vəziyyətdə qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Mediainfo.az
Digər xəbərlər


























































































