Bakıda ABŞ-lı jurnalistə hücum ediblər

Bakıda ABŞ-lı jurnalistə hücum ediblər

16 İyun 2011 18:05
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal Rayon Polis İdarəsindən verilən xəbərə görə, iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis naməlum şəxslərin hücumuna məruz qalıb. A. Erikson şikayət ərizəsi ilə polis idarəsinə müraciət edərək naməlum şəxslərin hücumuna məruz qaldıqlarını bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A. Erikson jurnalistdir.

Həmişə jurnalist araşdırır, bu dəfə isə onun başına gələnləri araşdıracaqlar.

Tofiq Əliyev

O.M.