Təhlükəsizlik Şurası: İŞİD-in tərkibində 50 minədək yaraqlı döyüşür
"İŞİD-in tərkibində 50 minədək yaraqlı döyüşür". İnterfaxın məlumatına görə, bu sözləri Rusiyanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev MDB dövlətlərinin TŞ katibləri ilə görüşündə deyib. O, bildirib ki, "islam dövlətinin" əsgərləri ideoloji və siyasi cəhətdən yaxşı silahlanıblar. "İŞİD indidən bir çox dövlətlərin milli təhlükəsizliyinə meydan oxuyur. Biz anlayırıq ki, bu cür hərbi təcrübə toplamış insanlar geri qayıtdıqda ölkələrinin milli təhlükəsizliyinə ciddi təhlükə yaradacaqlar", - deyən N.Patruşev bütün dünyanı, o cümlədən MDB dövlətlərini ayıq-sayıq olmağa çağırdı.
Mediainfo.az
Digər xəbərlər




























































































