Əflatun Amaşov dindarlar qarşısında çıxış edib

Əflatun Amaşov dindarlar qarşısında çıxış edib

25 Sentyabr 2014 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində təşkil edilən Din Xadimlərini Təkmilləşdirmə Kurslarında dərslər davam edir. Lent.az -ın QMİ-nin saytına istinadən xəbərinə görə, dövlət xadimləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, ictimai təşkilatların rəhbərləri, tanınmış alimlər müdavim-ruhanilər qarşısında çıxışlar edərək müxtəlif mövzularda mühazirələr söyləyirlər.

Sentyabrın 25-də Mətbuat şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşov təkmilləşdirmə kurslarının müdavimləri ilə görüşüb. Ə. Amaşov kursların fəaliyyətə başlamasını müsbət hadisə kimi dəyərləndirib və bu layihənin Azərbaycandakı din-dövlət münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

O, ölkəmizdə mətbuatın vəziyyəti, KİV-in ictimai-siyasi həyatdakı rolu, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında din xadimlərinə məlumat verib. MŞ-nın sədri dini mövzuların mətbuatda işıqlandırılması ilə bağlı fikirlərini də bölüşüb, bu sahədə çalışan jurnalistlərin peşəkarlığının artırılmasını vacib sayıb.

Sonda qonaq müdavimləri maraqlandıran suallara cavab verib.

Mediainfo.az