Sabah axşam da yağış yağacaq

Sabah axşam da yağış yağacaq

25 Sentyabr 2014 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu, gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, böyük və kiçik Qafqazın, eləcə də cənub bölgəsində şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Mediainfo.az