Avropa Parlamentinin nümayəndələri Şəki penitensiar müəssisəsi ilə maraqlandılar
Avropa Parlamentinin nümayəndələri yenicə istismara verilmiş Şəki penitensiar müəssisəsinin fəaliyyəti və məhkumların saxlanma şəraiti ilə maraqlanıblar. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 24.09.2014-cü il tarixdə Avropa Şurası Parlament Assambleyasının Prezidenti Ann Brasörün başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəsinə baş çəkiblər. Avropa Parlamentinin nümayəndələri yeni istifadəyə verilmiş müasir tipli cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə hərtərəfli tanış olub, bir sıra məhkumları qəbul ediblər.
Mediainfo.az
Digər xəbərlər





























































































