Donbasda 1300-dən çox dinc sakin öldürülüb

Donbasda 1300-dən çox dinc sakin öldürülüb

24 Sentyabr 2014 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın şərqində atəşkəs rejimi elan olunsa da, bunun sülh olduğunu demək mümkün deyil. Ərazidə hələ də aktiv hərbi əməliyyatlar yer alır. Hər iki tərəfdən itkilərin sayı durmadan artır.

Newsru.com-un Donetsk vilayət administrasiyasının səhiyyə departamentinin direktoru Yelena Petryayevaya istinadən yaydığı məlumata görə, hərbi əməliyyatlar zamanı Donbasda ümumən 1300 dinc sakin həlak olub ki, onlardan 23-ü uşaqdır. Bununla yanaşı məmur ölənlərin sayının daha çox ola biləcəyini bildirib. O, obyektiv səbəblərdən meyitlərin hamısının tibbi uçota alına bilmədiyini vurğulayıb. Yelena Petryayevaya hərbi qarşıdurmalar zamanı 3500 dinc sakinin və 45 uşağın yaralandığını deyib və bu rəqəmin də daha çox ola biləcəyini istisna etməyib. Belə ki, o, yaralıların müalicə məqsədilə başqa yerlərə gedə biləcəklərini bildirib.

Xatırladaq ki, cari ilin 22 sentyabrında separatçı DNR-in baş nazirinin birinci müavini Andrey Purqin hərbi əməliyyatlar başlayandan bəri Donetsk ərazilərində 4000-dək dinc sakinin öldürüldüyünü deyib.

Qeyd edək ki, BMT-nin 21 sentyabra olan məlumatında Ukraynada hərbi əməliyyatlar zamanı ən azı 3245 vətəndaşın öldüyü bildirilir. Bu rəqəmə Malayziya təyyarəsinin qurbanlarını əlavə etsək, ölənlərin sayının 3543 nəfərdən az olmadığı bəlli olur.

Mediainfo.az