FH naziri Kəmaləddin Heydərov Şəmkir sakinləri ilə görüşəcək

FH naziri Kəmaləddin Heydərov Şəmkir sakinləri ilə görüşəcək

23 Sentyabr 2014 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 25-də saat 11:00-dan Şəmkir şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, Bayraq Meydanı) 24 sentyabr 2014-cü il tarixində saat 09:00-dan başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Mediainfo.az