Günün havasından xəbəriniz olsun

Günün havasından xəbəriniz olsun

16 İyun 2011 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz olacaqdır. Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti təşkil edəcəkdir. Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaqdır. Atmosfer təzyiqi 759 millimetr civə sütunu olacaqdır. Nisbi rütubət gecə 60-65, gündüz 40-50 faiz olacaqdır. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axsam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 13-18° isti, gündüz 30-35° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi- Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-33° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti təşkil edəcək, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti təşkil edəcək, dağlarda gecə 13-17° isti, gündüz 22-27° isti olacaqdır.

Havanız həmişə ürəyinizcə olsun...

Günel Həbib

O.M.