Daha 17 polis saxlanıldı
Türkiyədə daha 17 polis əməkdaşının saxlanılması ilə bağlı qərar verilib. Saxlanılan şəxslər polisləri qanunsuz olaraq təltif etməkdə günahlandırılır.
Ankara Prokurorluğunun "bəzi polislərə qanunsuz təltif verildiyi" iddiasıyla istintaq başladılıb. Aparılan əməliyyat çərçivəsində Təltif Komissiyasındakı 17 polisdən artıq 13-ü saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxslərin polisləri qanunsuz olaraq təltif etdiyi və bunun müqabilində pul aldığı iddia olunur.
Mediainfo.az
Digər xəbərlər

























































































