Pedofil keşiş İsraildə yaxalandı

Pedofil keşiş İsraildə yaxalandı

22 Sentyabr 2014 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Sankt-Peterburq kilsələrindən birinin rahibi olan Qleb Qrozovski İsraildə saxlanılıb. Qrozovski pedofillikdə (uşaqbazlıq) ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın İsraildə olan səfirliyi də bu faktı təsdiqləyib.

Keşişə qarşı ittiham aktı 2013-cü ilin noyabrında qaldırılıb. O, Yunanıstanın Kos adasında olan rahibələr üçün məktəbdə 9 və 12 yaşlı qızlarla cinsi əlaqədə olmaqda şübhəli bilinib.

İttiham aktı elan olunan zaman keşiş İraildə səfərdə olub. Onun İnterpola verilməsindən sonra isə, İsrail polisi Qrozovskini həbs edib.

Hazırda keşişin Rusiyaya ekstradisiya olunması məsələsi müzakirə olunur.

Mediainfo.az