
Şəxsiyyəti naməlum meyit tapılıb
Bakının Nəsimi rayonunda meyit tapılıb. Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, meyit H.Aslanov küçəsində aşkar olunub. Üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyitinin şəxsiyyətini təsdiq edən sənədfəi olmayıb. Buna görə də onun kimliyini müəyyən etmək mümkün deyil.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər