Kiyev Luqansk sərnişin qatarı 21 sentyabrdan xəttə buraxılacaq

Kiyev Luqansk sərnişin qatarı 21 sentyabrdan xəttə buraxılacaq

20 Sentyabr 2014 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın şərqi vilayətlərində müharibə getsə də, Kiyev-Luqans marşrutu ilə hərəkət edən sərnişin qatarı 21 sentyabrdan etibarən fəaliyyətini bərpa edəcək. İtar Tass-ın məlumatına görə, marşrut üzrə hər gün bir reys həyata keçiriləcək. Xəttə buraxılan qatar 10 vaqondan ibarət olacaq. Ehtiyac olduğu təqdirdə vaqonların sayı artırılacaq.

Xatırladaq ki, adıçəkilən marşrut üzrə hərəkət hərbi əməliyyatların başlaması ilə əlaqədar 26 iyuldan dayandırılmışdı.

Qeyd edək ki, Ukraynanın şərqində gedən müharibə ölkənin dəmir yollarına $250 mln. Ziyan vurub.

Mediainfo.az