Cəbhənin 3 istiqamətində atəşkəs pozuldu

Cəbhənin 3 istiqamətində atəşkəs pozuldu

20 Sentyabr 2014 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhədə silahlar susmaq bilmir. Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Mediainfo.az