Yağış yağacaq

Yağış yağacaq

19 Sentyabr 2014 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21, gündüz 24-27 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sentyabrın 20-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Mediainfo.az