SON DƏQİQƏ: Şotlandiyadakı referendumun rəsmi nəticələri elan olundu

SON DƏQİQƏ: Şotlandiyadakı referendumun rəsmi nəticələri elan olundu

19 Sentyabr 2014 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu saatlarda Şotlandiyada referenduma gəlmiş seçicilərin sayının hesablanması prosesi başa çatıb. Associadet press-in məlumatına görə, 32 vilayətin hamısında keçirilmiş xalq səsverməsinin nəticələrinə görə, seçkilərdə 84,6% vətəndaş iştirak edib. Onlardan 55,3%-i Birləşmiş Krallığın tərkibində qalmağa üstünlük verdiyi halda, 44,7% seçici müstəqilliyə səs verib. Nəticədə Şotlandiya Böyük Britaniyanın tərkibində qalıb.

Qeyd edək ki, yalnız Qlazqo, Dandi, Qərbi Dambartonşir və Şimali Lanarkşirdə respondentlərin böyük qismi müstəqilliyə səs veriblər. Qalan əyalətlərdə müstəqilliyə "yox" deyənlər üstünlük təşkil edib.

Mediainfo.az