
“Eynəklər və linzalar haqqında” yeni qanun qəbul ediləcək
Azərbaycanda "Eynəklər və linzalar haqqında" yeni qanunun qəbulu və bu sahənin ayrıca qanunla tənzimlənməsi gözlənilir. Apa -nın məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.
H Rəcəbli bildirib ki, bu, görmə qabiliyyətində problem olanlar, o cümlədən linzaların satışı və ehtiyacı olanlar üçün təminatı ilə əlaqədardır. Bunun dünya üzrə vacib problem olduğunu söyləyən H. Rəcəbli Azərbaycanın Türkiyə təcrübəsindən yararlandığını vurğulayıb: "Buna baxmayaraq, biz Rusiyanın, o cümlədən Avropanın təcrübəsinə də müraciət edəcəyik".
Mediainfo.az
Digər xəbərlər