Tezliklə ölkəmizə qar yağacağı gözlənilir
Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın ikinci ongünlüyünün sonuna kimi davam edəcək.
Ölkə ərazisində havanın temperaturu enib, yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında günorta saatlarında havanın temperaturu 20-23 dərəcədən yüksək olmayacaq. Bu gün ərzində güclü şimal küləyi əsəcək. Sabah günün ikinci yarısında-axşama doğru külək bir qədər mülayimləşəcək, şimal-şərq küləyinə keçəcək: Respublikanın rayonlarında yağıntılar intensiv olacaq, leysan xarakterli yağıntılar gözlənilir. Bakı və Abşeron yarımadasında da yaxın 2 gün ərzində fasilələrlə arabir yağış yağacağı ehtimal olunur.
Ökə ərazisində sentyabrın 19-dək hava şəraiti qeyri-sabit keçəcək. Küləklə müşahidə olunan ən əlverişsiz dövr isə bu günə təsadüf edəcək və sabah günün ikinci yarısına kimi davam edəcək.
Temperaturun enməsi ilə əlaqədar respublikanın əsasən Böyük Qafqazın yüksək dağlıq ərazilərində yağıntıların sulu qar və qara keçəcəyi ehtimal olunur.
Mediainfo.az





























































































