Payız sərt üzünü rayonlarda göstərib

Payız sərt üzünü rayonlarda göstərib

17 Sentyabr 2014 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sentyabrın 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava haqqında məlumat yayıb.

Əvvəldən də xəbər verildiyi kimi, sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub. Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.

Qeyd edək ki, şimal və qərb rayonlarında bir gecə ərzində yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib. Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.

Mediainfo.az