Bu axşam Bayraq Meydanında bayraq endiriləcək

Bu axşam Bayraq Meydanında bayraq endiriləcək

16 Sentyabr 2014 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün axşam saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı Meydanında bayraq hava sabitləşənədək endiriləcək.

Bu barədə Apa-ya Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu addım Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən atılacaq.

Mediainfo.az