Sürücülər, alternativ yollardan istifadə edin!

Sürücülər, alternativ yollardan istifadə edin!

15 İyun 2011 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Dənizkənarı Bulvarda Qurtuluş gününün qeyd edilməsi ilə əlaqədar olaraq bu gün saat 19:00-dan Bakı şəhərinin "Azneft" dairəsi - "Azadlıq" meydanı istiqamətindəki küçələrdə yol polisinin nəzarəti gücləndiriləcək. V. Əsədov sürücülərə bayram şənliyinə mane olmamaq üçün Neftçilər prospekti ilə "Azneft" dairəsindən "Azadlıq" meydanınadək şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri ilə bağlı xəbərdar edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qeyd olunan ərazilər üzrə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, nəqliyyat sıxlığının, tıxacların, yol nəqliyyat hadisələrinin yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edir.

Dəniz havasını udub konsert dinləmək üçün maşın lazım deyil.

Tofiq Əliyev

O.M.