Bankirlərin məhkəməsi başlayıb

Bankirlərin məhkəməsi başlayıb

16 Sentyabr 2014 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "ZaminBank" ASC-nin Cənub filialının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə başlayıb.

Məlumata görə ZaminBank" ASC-nin Cənub filialının müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəyiblər.

Müşfiq Bayramov Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərova və xəzinə müdiri Mehriban İsmayılova isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunurlar.

İstintaq dövründə dəymiş ziyanın 41 300 manatının ödətdirilməsi təmin edilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı sentyabrın 18-nə təyin olunub.

Mediainfo.az