VİDEO: Ukrayna xalqı qəhrəmanını ayaqüstə qarşıladı
Ukraynanın şərqində atəşkəs rejimi elan olunsa da, cəbhə xəttində silahlar susmaq bilmir. Hər iki tərəf itki verir. Vətənini Rusiya işğalından azad etmək üçün vuruşan sadə Ukrayna gəncləri də istisna deyil. Rusiyanın təbliğat maşını onları siyasətin qurbanı kimi təqdim etməyə və Ukrayna xalqına təslimçi ruh aşılamağa çalışsa da, sadə vətəndaşların vətənpərvərlik duyğuları gün-gündən güclənir.
Bunu cəbhədə həlak olmuş bir əsgərin doğma kəndinə gətirilməsi zamanı baş vermiş hadisə, daha doğrusu, xalq məhəbbətinin təcəssümü aksiyası bir daha sübut edir. Youtube-da nümayiş olunan video görüntülərdən aydın olur ki, sadə kəndlilər yollara düzülərək vətən uğrunda canından keçmiş əsgərin meyitini hörmət və ehtiramla qarşılayırlar. Kimiləri əl-ələ verir, kimiləri diz çöküb dua edir, kimiləri bayrağına sarılırdı. Hətta qəhrəmanın görüşünə ailəvi gələnlər də var idi.
Mediainfo.az





























































































