B.Obama Ebola virusuna qarşı müharibəyə başladı

B.Obama Ebola virusuna qarşı müharibəyə başladı

16 Sentyabr 2014 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obama tarixi vətəni Afrikada geniş yayılmış təhlükəli Ebola virusuna qarşı müharibəyə başlayıb. Ağ evin qaradərili rəhbəri bu məqsədlə 3 min ABŞ hərbçisini Afrikanın qərbinə göndərəcək. Associated press-in məlumatına görə, Amerika hərbçiləri yerli tibbi personalın hazırlığı və sanitar-gigiyenik normaların tədrisi üzrə genişmiqyaslı layihə hazırlayıblar. Bu layihə Afrika ölkələrində tətbiq ediləcək.

Bununla yanaşı B.Obama Atlanta ştatında yerləşən nəzarət-profilaktik tibbi müəssisələrinə baş çəkərək xüsusi nitqlə çıxış edəcək. Mütəxəssislərin fikrincə, prezidentin çıxışı artıq 2400 insanın ölümünə səbəb olan Ebola virusu ilə mübarizədə həlledici rol oynayacaq.

Qeyd edək ki, Pentaqon layihəyə 500 mln ABŞ dolları ayırıb və maliyyə vəsaitləri çərçivəsində 17 tədris mərkəzi inşa olunacaq.

Mediainfo.az