SON DƏQİQƏ: Əfqanıstanın paytaxtında güclü partlayış oldu
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərinin şərqində güclü partlayış baş verib. AFP-nin hadisə yerində olan müxbirinin məlumatına görə, partlayış zamanı bir nəfər ölüb. Onun Əfqanıstanda xidmət edən əcnəbi hərbçi olduğu ehtimal edilir. Məlumatda bildirilir ki, hadisənin ardınca yaxınlıqda yerləşən ABŞ səfirliyindən sirena səsləri eşidilməyə başlayıb. Həmçinin aeroport yolunda olan maşınlar ciddi xəsarət alıblar. Hələlik şəhər rəhbərliyindən rəsmi açıqlama daxil olmasa da, paytaxtın qara dumana büründüyü bildirilir.
Qeyd edək ki, NATO qoşunlarının 2014-cü ilin sonuna qədər ölkə ərazisini tərk etməsi ilə əlaqədar Əfqanıstanda taliblərin fəallaşdığı müşahidə olunur. Analitiklər son zamanlar ölkədə artan terror aktlarını həmçinin prezident seçkilərindən narazı qalmış siyasi qüvvələrlə əlaqələndirirlər.
Mediainfo.az










































































.jpg-2.jpg)



















