Suriya müxalifəti İŞİD-lə atəşkəs müqaviləsi bağladı
Məqsəd mübahisəli məsələləri Bəşər Əsədi devirdikdən sonraya saxlamaqdır
Suriya paytaxtının yaxınlığında fəaliyyət göstərən Suriya silahlı müxalifəti ilə İŞİD yaraqlıları qarşılıqlı atəşkəs elan ediblər. İnterfax-ın məlumatına görə, ilk dəfə bir araya gələn silahlı qruplaşma rəhbərləri Bəşər Əsədi devirmək üçün qüvvələri parçalamamaq qərarına gəliblər. Tərəflər arasında müqavilə Dəməşq yaxınlığında yerləşən Əl Həcər əl Əsvad yaşayış məntəqəsində bağlanıb.
Xatırladaq ki, İŞİD Suriya ərazisində Suriya ordusu ilə vuruşduğu halda, İraqda Kürd peşmərgələri və rəsmi ordu ilə döyüşür. Suriyanın silahlı müxalifəti isə yalnız bir cəbhədə vuruşur.
Mediainfo.az
Digər xəbərlər


























































































