Yeva Kopaç Polşanın baş naziri vəzifəsinə təyin olundu

Yeva Kopaç Polşanın baş naziri vəzifəsinə təyin olundu

15 Sentyabr 2014 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa prezidenti Bronislav Komorovskiy Yeva Kopaçı ölkənin baş naziri vəzifəsinə təyin edib. Seymin 57 yaşlı spikeri istefa vermiş Donald Tuskunun yerinə təyin olunub. Ölkə mətbuatının yaydığı məlumata görə, Yeva Kopaç bu yaxınlarda hökuməti formalaşdıracaq.

Xatırladaq ki, Avropa Şurasının 30 avqustda keçirilən növbədənkənar iclasında Polşanın sabiq baş naziri Donald Tusku Şuranın yeni sədri seçilib və 1 dekabrdan etibarən vəzifəsinin icrasına başlayacaq.

Mediainfo.az