Ombudsman nümayəndələri cəzaçəkmə müəssisəsində
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsinə qısa müddətli başçəkmə həyata keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olan məlumatların araşdırılması, müəssisənin cərimə təcridxanasında saxlanılma şəraiti və orada olan məhkumlarla rəftar vəziyyətinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
Cərimə təcridxanasında saxlanılan 19, eyni zamanda müvəkkilə müraciət etmiş 12 nəfərlə təklikdə görüş zamanı onlar saxlanma şəraiti və rəftardan şikayət etməyiblər.
Hazırda cərimə təcridxanasının kamera tipli otaqlarında və cərimə otaqlarında təmir işlərinin aparıldığı müəyyən edilib.
Bundan əlavə, məhkum Taleh Bağırov da müvəkkilin tapşırığına əsasən qəbul edilib, onun yaxınları ilə görüşü, müəssisə rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı "İslamçıların hüquqlarının müdafiəsi" Komitəsinin müraciəti yerində araşdırılıb.
Görüş zamanı T. Bağırov hazırda telefon danışıqları ilə bağlı hər hansı məhdudiyyətin olmadığını bildirsə də, yanına gələn 2 yaxını ilə ona görüş üçün icazə verilmədiyini söyləyib.
MPQ üzvləri tərəfindən T. Bağırovun görüş, bağlama, sovqatların və telefon danışıqlarının qeydiyyat vərəqələrinin surəti götürülüb, eyni zamanda məhkumun yanına gələn yaxınlarından biri ilə görüşməsi müəssisə rəisi ilə razılaşdırılıb.
Mediainfo.az

































































.jpg)


.jpg)
.jpg)






















