Britaniya kraliçası şotlandlardan yaxşı düşünmələrini xahiş etdi
18 sentyabrda Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmaq barədə keçirəcəyi referendum birləşmiş krallıq rəhbərliyini əməlli-başlı təşvişə salıb. The Telegraph qəzetinin məlumatına görə, kraliça II Yerlizaveta Şotlandiyadakı iqamətgahında olarkən ilk dəfə referendum məsələsinə toxunub. O, adəti üzrə Balmoral iqamətgahından yaxınlıqdakı kilsəyə yollanıb. Həmişəkindən fərqli olaraq budəfəki ziyarətində sadə vətəndaşlarla salamlaşaraq, bir müddət söhbət edib. Belə ki, kral ailəsini müşayiət edən serjant kilsənin ətrafında olan insanlardan içəri daxil olmalarını xahiş edib. Bundan sonra məbəddə kraliça ilə şotlandiyalıların səmimi söhbəti baş tutub. II Yelizaveta "cümə axşamı günü siz vacib səsvermədə iştirak edəcəksiniz", deyə vurğulayaraq, sözlərinə əlavə edib: "Ümidvaram ki, hər kəs referendumda əməlli başlı fikirləşib qərar verəcək".
Mediainfo.az











































































.jpg)

.jpg)


.jpg)












