Ukraynada ATƏT nümayəndələri atəşə tutuldular

Ukraynada ATƏT nümayəndələri atəşə tutuldular

15 Sentyabr 2014 11:12
Bəyəndim (0) Bəyənmədim (0)
Monitorinq qrupunun yaxınlığına 5 minomyot mərmisi düşdü

ATƏT-in Ukraynada çalışan xüsusi monitorinq qrupu silahlı insidentlə qarşılaşıb. UNİAN-nın məlumatına görə, dünən günorta saatlarında monitorinq olunan əraziyə beş minomyot mərmisi düşüb.

ATƏT-in saytında yer alan məlumata görə, 14 sentyabrda yerli vaxtla saat 15:00 radələrində monitorinq qrupunun üzvləri bombardman edilmiş Putilov bazarına baş çəkiblər. Hadisə yerindən 20 metr aralıda qadın meyiti aşkar ediblər.

"Tezliklə müşahidəçilərin monitorinq keçirdikləri ərazidən 200 metr aralıya 4 minomyot mərmisi düşüb. Nəticədə müşahidə qrupunun üzvləri bazardan 1 km uzaqlaşmalı olublar. Bu zaman onlardan 100 metr aralıda daha bir minomyot mərmisi partlayıb. ATƏT nümayəndələri hadisə yerini tərk etmək məcburiyyətində qalıblar" – deyə rəsmi məlumatda bildirilir.

İnterfax-ın Donetsk şəhər rəhbərliyinə istinadən yaydığı məlumata görə, dünən səhər saatlarından 19:00-dək şəhər intensiv atəşə məruz qalıb. Silahlı insident çoxsaylı dağıntılara və dinc əhali arasında tələfata səbəb olub.

Mediainfo.az