Düşmən üç istiqamətdə atəşkəsi pozdu

Düşmən üç istiqamətdə atəşkəsi pozdu

15 Sentyabr 2014 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhə xəttində silah səsləri eşidilməkdədir. Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Novruzlu, Sarıcalı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.