Yay gəldi, temperatur yüksəldi

Yay gəldi, temperatur yüksəldi

15 İyun 2011 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
İstilər düşür...


Həftənin sonuna kimi Bakıda və Abşeron yarımadasında mülayim hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 16-da paytaxtda və yarımadada az buludlu, yağmursuz hava gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33°, yarımadanın bəzi yerlərində 35° isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° yüksələcək.

İyunun 17-də də az buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Mülayim şimal, şimal-şərq küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah gün əsasən yağmursuz keçsədə, axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

İyunun 17-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.

Qüssəli adam buludlu hava kimidir, yağıb yağmayacağı bəlli olmaz!

Günel Həbib

O.M.