Tovuzda qəza baş verib
Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini Rövşən Məmmədov "QAZ-52" markalı avtomobili idarə edərkən onu aşırıb. Hadisə nəticəsində avtomobilin sərnişini Sahib Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər