Kürün səviyyəsi enib
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 10 faizini təşkil edir.
Sentyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 87 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 22 m3/s olmaqla, ongünlük normanın 24 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 102 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.
Sentyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Bankədə 8, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Salyanda isə suyun səviyyəsində 4 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 290 sm, Şirvanda 131 sm, Salyanda 68 sm, Bankədə 186 sm, Araz çayının Novruzlu məntəqəsində isə 28 sm təşkil edir.
Mediainfo.az


































































.jpg)


.jpg)
.jpg)





















