İlham Əliyev müraciət etdi
Bu gün Bakı Expo Mərkəzində I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) sərgisi açılıb.
Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müraciəti oxunub.
Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev oxuyub.
Dövlət başçısı müraciətində bildirib ki, bu sərginin ilk dəfə regionun böyük iqtisadi potensialına malik dövlətlərindən olan müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində təşkili heç də təsadüfi deyil: "Sürətlə modernləşən respublikamızın iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir. Ölkəmizdə 2014-cü il "Sənaye ili" elan olunub və cari ilin ötən dövrü ərzində sənayenin bütün istiqamətləri üzrə müsbət nəticələr qazanılıb. Bu baxımdan ümidvaram ki, sərgi ənənəvi xarakter alaraq, öz əhatə dairəsini davamlı surətdə genişləndirəcək. Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çağırışları ilə üzləşməsi, hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırıb.
Xarici hərbi təcavüz nəticəsində torpaqları işğala və terrorizmə məruz qalmış Azərbaycan Respublikası təhlükəsizliyinin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlıq münasibətlərinin dərinləşməsini hər zaman diqqət mərkəzində saxlayır. Qəbul edilmiş "Hərbi doktrina" çərçivəsində özünün müdafiə potensialını gücləndirərək ümumbəşəri ədalət prinsiplərini bölüşən bütün dost və tərəfdaş dövlətlərlə işbirliyinə yüksək maraq göstərir. İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynaycaqdır".
Mediainfo.az


































































.jpg)


.jpg)
.jpg)





















