Uşağı ilə birgə itən gəlin tapıldı

Uşağı ilə birgə itən gəlin tapıldı

10 Sentyabr 2014 17:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bir ay əvvəl yoxa çıxan 23 yaşlı Ruqiyyət Quliyevadan xəbər var

Bir ay əvvəl 3 yaşlı qızı ilə birgə itkin düşən 23 yaşlı Zaqatala sakini Ruqiyyət Quliyeva tapılıb.
ANS -in bölgə müxbirinin verdiyi məlumata görə, sonuncu dəfə avqustun 12-də Zaqatala avtovağzalından Gəncə istiqamətinə getdiyi guman edilən Ruqiyyət Quliyeva həmin gündən itkin düşüb.
Anasının dediyinə görə, qızı nəvəsilə birgə itkin duşdükdən sonra onun telefonuna mesaj yazıb. Qızı onlardan narahat olmamalarını, hardasa işləyərək arzusuna çatdığını və yeri haqqında məlumat verməyin mümkün olmadığını anasına bildirmişdi.
Bundan sonra isə anasının dediyinə görə, onunla əlaqə tamamilə kəsilmişdi. Lakin bu gün azyaşlı qızı ilə bir ay əvvəl yoxa çıxan Ruqiyyət Quliyeva tapılıb.
Rayon polis şöbəsindən isə itkin gəlinin tapıldığını təsdiq etsələr də, hələlik bu olayla bağlı da heç bir açıqlama vermirlər.

Mediainfo.az