
79 yaşlı ata əkizləri üçün Mehriban Əliyevaya müraciət etdi
Bir müddət əvvəl yeni doğulan əkiz övladlarından imtina edən 79 yaşlı ata Əliniyaz Nəzərov Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edib.
Nəsimi rayon 1 saylı körpələr evindən ataya bildirilib ki, bunun üçün məhkəməyə müraciət etməli, ancaq məhkəmə qərarından sonra əkizləri özü ilə apara bilər.
Xatırladaq ki, Masallı rayon sakini Əliniyaz Əşrəf oğlu Nəzərov 3-cü nikahından dünyaya gələn körpələrindən imtina etməsini maddi vəziyyəti ilə əlaqələndirmişdi. Hazırda isə 79 yaşlı ata əməlindən peşman olduğunu və uşaqlarını körpələr evindən götürmək istədiyini bildirib.
Sözügedən hadisə isə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu.
Digər xəbərlər