Saytın rəhbəri işindən oldu

Saytın rəhbəri işindən oldu

9 Sentyabr 2014 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

ANS PRESS saytının redaktoru Babək Göyüş işdən azad edilib. "Qafqazinfo" ya daxil olan məlumata görə, onun işdən çıxarılmasının səbəbləri məlum deyil.

Qeyd edək ki, redaktorla yanaşı saytın müxbiri Hafiz Əhmədov da işdən çıxarılıb.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov redaktorun işdən çıxarılması ilə bağlı bildirib ki, Babək Göyüş öz ərizəsi ilə işdən çıxıb. Yerinə kimin təyinat alması bəlli deyil. "Azərbaycan ictimaiyyəti üçün nə maraqlıdır ki, Babək Göyüşün işdən çıxması və yaxud yerinə kiminsə gəlməsi. Bunlar önəmli deyil".

Mediainfo.az