
İŞİD yaraqlıları belçikalı müsəlman dini xadiminin başını kəsdilər
Mərhum “İslam dövlətin”də vuruşan həmvətənlərini geri qaytarmaq üçün Suriyaya yollanmışdı
Belçikadan Suriyaya yollanan İlyas Azauay adlı müsəlman dini xadimi İŞİD yaraqlıları tərəfindən qətlə yetirilib. Associated press-in məlumatına görə, o, "cihadçılar" tərəfində vuruşan gənc belçikalı müsəlmanları geri qaytarmaq üçün qaynar nöqtəyə səfər etmişdi. Lakin tezliklə yaraqlılar tərəfindən ələ keçirilərək başı kəsilməklə qətlə yetirildi. Məlumatda bildirilir ki, mərhumun Belçika və Mərakeş kəşfiyyatı ilə əlaqədar olduğunu düşünən həmyerliləri onu ələ veriblər.
Mediainfo.az
Digər xəbərlər