İŞİD-ə qarşı vuruşan kürd qadınları - FOTO

İŞİD-ə qarşı vuruşan kürd qadınları - FOTO

8 Sentyabr 2014 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Dəclə çayı üzərindən qayıqla keçib İraqdan Suriyanın şimal hissəsinə çıxırıq. Hər iki sahilə Dəməşqlə Suriya müxalifəti arasında vətəndaş müharibəsində öz xüsusi mövqeyindən çıxış edən yerli kürdlər nəzarət edirlər.

Biz olduğumuz yerdən cənub istiqamətində isə İraqla Suriya arasında sərhədi öz "xilafət"i elan etmiş "İslam Dövləti" (İD, əvvəllər "İraq və Şam İslam Dövləti" - İŞİD adlanırdı-red.) hərəkatının yaraqlıları ləğv ediblər.

Bu müharibə bölgənin xəritəsini dəyişib. "İslam Dövləti" özü üçün Suriya və İraqın hesabına ərazi əldə edib, kürdlər isə özləri üçün. Suriya tərəfində onların arasında sərhəd Jezaa qəsəbəsi yaxınlığından, şimaldakı təpələrin yastı tozlu səhraya çevrildiyi yerdən keçir. Kürd komandiri günorta istisinin ilğımında titrəyən şəhərciyi göstərir, islamçıların orada olduğunu deyir.

Mediainfo.az